Çempionlar Liqasının ən sürətli oyunçusu açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasında 2018/19 mövsümünün ən sürətli oyunçusu açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, “Liverpul”un futbolçusu Vircil van Daykdı.

Hollandiyalı müdafiəçinin ÇL-in yarımfinalında “Barselona” ilə ilk matçda sürəti saatda 34.5 kilometr olub. “Mançester Siti”nin futbolçusu Leroy Sane (34.4) ikinci, “Mançester Siti”nin oyunçusu Kayl Uoker (34.2) üçüncü olub.

Qeyd edək ki, Vircil van Dayk Avropada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib. Onun komandası isə ötən mövsüm ÇL-in qalibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button