“Çempionlar Liqasında oynamaq istəyirəm” – “Neftçi”nin hücumçusu

“Neftçi”nin belaruslu futbolçusu Yeqor Boqomolski açıqlama verib.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu “Pressball”a açıqlamasında gələcəklə bağlı hədəflərini açıqlayıb:

“Çempionlar Liqasında oynamaq istəyirəm. Məni heç nə təəccübləndirməz. Hər bir futbolçu kimi, Çempionlar Liqasında oynamaqla yanaşı, Avropanın güclü çempionatında uğur qazanmaq istəyirəm. Həmçinin Belarus millisi ilə də böyük turnirə qatılmaq arzusundayam”.

“Neftçi”yə ötən ilin yayında Belarusun “Minsk” klubundan keçən Yeqor Boqomolski cari mövsümdə Premyer Liqada 14 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button