“Ayaks”, “Slaviya” və “Brügge” də qrup mərhələsində!

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Səfərdə Yunanıstan “Olimpiakos”una 0:4 hesabıyla məğlub olan “Krasnodar” bu dəfə doğma azarkeşləri qarşısında rəqibini qəbul edib. Amma doğma meydanda da uduzan və istəyinə çata bilməyən Rusiya təmsilçisi ÇL-lə vidalaşmalı olub.

Norveç “Rusenborq”u Xorvatiya “Dinamo”su, Serbiya “Srvena Zvezda”sı isə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Bu oyunların hər ikisi oxşar hesabla – 1:1 başa çatıb. “Dinamo” və “Srvena Zvezda” ÇL-in qrup mərhələsinə vəsiqə qazandıqları halda, rəqibləri qitənin ən nüfuzlu klub turnirindən kənarda qalmalı olub.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına bu gün keçirilən 3 qarşılaşma ilə yekun vurulub. İlk oyunda Kiprdə APOEL-lə qolsuz bərabərə qalan “Ayaks” bu dəfə rəqibini doğma azarkeşləri önündə qəbul edib. İki cavabsız qolla qalib gələn Hollandiya nəhəngi Kipr təmsilçisinin sürpriz etməsinə imkan verməyib.

Belçikanın “Brügge” klubu Avstriya LASK-ını, Çexiya “Slaviya”sı isə Rumıniyanın ÇFR-ini qəbul edib. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olublar. Beləcə, “Ayaks”, “Brügge” və “Slaviya” da ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust

Krasnodar (Rusiya) – Olimpiakos (Yunanıstan) 1:2
Qol
: Utkin, 10 – El Arabi, 11; 48.
İlk oyun – 0:4

Rusenborq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Qol
: Akintola, 11 – Qoyak, 71.
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol
: Vukanoviç, 59 – E.F.Ben, 82-öz qapısına.
İlk oyun – 2:2

28 avqust

Ayaks (Hollandiya) – APOEL (Kipr) 2:0
Qol
: Alvares, 43. Tadiç, 80.
İlk oyun – 0:0

Brügge (Belçika) – LASK (Avstriya) 2:1
Qol
: Vanaken, 70. Dennis, 89 – Klauss, 74-pen.
İlk oyun – 1:0

Slaviya (Praqa, Çexiya) – ÇFR (Kluj, Rumıniya) 1:0
Qol
: Boril, 66.
İlk oyun – 1:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button