“Real” Çempionlar Liqasını tək qolla qazandı!

Bu gün UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşıb.

Bu oyun “Liverpul” üçün revanş görüşü də sayıla bilərdi. Yurgen Kloppun komandası 2018-ci ildə baş tutan Çempionlar Liqasının final matçında da “kral klubu” ilə qarşılaşmış və 1:3 hesablı məğlubiyyətə üzülmüşdü. Həmin dövrdən bu yana komandaların heyətində bir neçə ciddi dəyişiklik olub. Xüsusilə də, “Real”da həmin oyunda forma geyinən Kriştiano Ronaldo artıq komandada deyildi.

Budəfəki matçda Ronaldo olmasa da, möhtəşəm mövsüm keçirən Kərim Benzema vardı. Hansı ki, “kral klubu”nun finala yüksəlməsində onun bəlkə də, hamıdan çox payı olmuşdu.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi. Lakin azarkeşlərin Parisdə yaratdığı sıxlıq səbəbindən “Liverpul” arenaya nəzərdə tutulandan gec gəlib. Bu üzdən “Stade de Frans”dakı oyuna 37 dəqiqə gec start verilib. Matçın taleyini isə bir qol həll edib. “Real” minimal hesabla qalib gələrək tarixində 14-cü dəfə ÇL-də zəfər yaşayıb.

Çempionlar Liqası, final

28 may

Liverpul (İngiltərə) – Real (İspaniya) 0:1
Qol: V.Junior, 59.
Baş hakim: Klemen Turpin (Fransa)
Fransa. “Stade de France”

Liverpul: Alisson, Aleksander-Arnold, Konate, Vircil van Deyk, Robertson, Fabinyo, Henderson, Alkantara, Dias, Salah, Mane.
Ehtiyat oyunçular: Kelleher, Milner, Keyta, Firmino, Qomes, Oksleyd-Çemberlen, Cons, Minamino, Jota, Tsimikas, Matip, Elliott.
Real: Kurtua, Karvaxal, Militao, Alaba, Mendi, Kazemiro, Kroos, Modriç, Valverde, Vinisius, Benzema.
Ehtiyat oyunçular: Lunin, Naço, Hazard, Asensio, Marselo, Vaskes, Beyl, Sebalyos, Rodriqo, İsko, Dias, Kamavinqa.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button