“Çempionatın dayanacağını gözləyirdik” – “Keşlə”nin məşqçisi

“Keşlə”nin məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çempionatda fasilə yaranmışdı. Bilirdik ki, ağır olacaq. İki fərqli hissə izlədik. İlk yarıda rəqib öz imkanlarından istifadə etdi. İkinci hissədə bizim üstünlüyümüz oldu, amma yararlana bilmədik. Üstün olduğumuz matçlarda imkanlarımızdan istifadə edə bilmirik. Əslində oyunumuz normaldır. Nəticəni əvvəldən bilmək olmur. Əlimizdən gələni etdik”.

İsmayılov son vaxtlar koronavirusa kütləvi yoluxma hallarına görə çempionatın dayanacağını gözlədiklərini söyləyib: “Qarşıda daha bir oyunumuz var. İndidən fasiləni düşünməməliyik. Bu gün məğlub olduq. İşimiz çətinləşib. Gələn tur səfərdə “Neftçi” ilə qarılaşacağıq. Qələbə qazanmaq istəyirik”.

Məşqçi Şohrux Qadoyevin komandadan ayrılmasına da münasibət bildirib: “Yerli futbolçu ilə müqayisədə, legionerdən daha çox şey gözlənilir. Belə məsləhət oldu, müqaviləyə xitam verdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button