Premyer Liqanın ən yaxşısı odur – Azarkeşlərin seçiminə görə

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer azarkeşlərin rəyinə görə 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə çempionatının başa çatan mövsümündə 22 yaşlı futbolçu 34 matçda iştirak edib, 22 qol vurub, 11 məhsuldar ötürmə edib.

Palmer London klubuna ötən yay yetirməsi olduğu “Mançester Siti”dən keçib. İngiltərəli yarımmüdafiəçinin “Çelsi” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub və daha 12 ay uzatmaq imkanı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button