“Çelsi”nin 12 futbolçusu növbəti oyunu buraxacaq

“Çelsi”nin 12 futbolçusu İngiltərə Premyer Liqasının 19-cu turunda “Kristal Pelas”la matçda iştirak etməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Lesli Uqoçukvu “Vulverhempton”la matçda (1:2) zədələnib. Ben Çiuvell, Robert Sançes, Trevo Çaloba, Karni Çukvumeka, Mark Kukurella, Uesli Fofana və Ris Ceyms isə zədədən sağalmaqda davam edir.

Koul Palmer və Rahim Sterlinq sarı vərəqə limiti səbəbindən oyunu buraxacaq. Moyses Keysedo və Enzo Fernandes xəstəlik səbəbindən “Kristal Pelas”a qarşı oynamayacaq.

18 turdan sonra “Çelsi” Premyer Liqada 22 xalla 10-cu pillədə qərarlaşıb. 

“Çelsi” – “Kristal Pelas” matçı dekabrın 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button