Obameyanq Fransa klubunda – Rəsmi

“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq “Marsel”ə keçib.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

London təmsilçisindən azad agent kimi ayrılan 34 yaşlı forvard yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.

Obameyanq ötən ildən formasını geyindiyi “Çelsi”də 21 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Borussiya” (Dortmund), “Arsenal”, “Sent Etyen”, “Dijon”, “Milan”, “Lill”, “Barselona”, “Monako” kimi klublarda da oynayıb, Qabon yığmasında 74 oyunda 30 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button