Onun üçün mövsüm bitdi

“Çelsi” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın futbolçusu Kallum Hadson-Odoi zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Çelsi”nin “Bernli” ilə qarşılaşdığı matçın (2:2) 41-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Kallumun durumu tibbi müayinələrdən sonra bilinəcək.

18 yaşlı futbolçu “tvitter” hesabından etdiyi paylaşımda zədəsinin ciddi olduğunu və mövsümü bitirdiyini açıqlayıb.

Bu mövsüm “Çelsi” ilə 29 qarşılaşmaya çıxan Kallum, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button