“Çelsi”də 2 itki

İngiltərə kubokunun 1/8 final mərhələsində “Liverpul”a 2:0 hesabı ilə qalib gələn “Çelsi” itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London klubunun iki futbolçusu – Mateo Kovaçiç və Villian zədələnərək, meydanı erkən tərk edib. Komandanın baş məşqçisi Frenk Lempard klubun mətbuat xidmətinə açıqlamasında, futbolçuların vəziyyəti ilə bağlı bunları deyib:

“Villianın sözlərinə görə, vəziyyəti nikbindir. Lakin hər şey tibbi müayinədən sonra məlum olacaq. Kovaçiçin vəziyyəti isə bir az daha pis görünür. Amma ümid edirəm ki, ciddi nəticələrin qarşısını almaq olar. Problemi necə həll edə biləcəyimizi görəcəyik. Bütün məşqçilər zədələrdən şikayətlənirlər, mən də bu baxımdan istisna deyiləm. Əlimizdə olan heyətlə mübarizəni davam etdirməliyik”.