“Çelsi” və “Tottenhem” ispaniyalı qapıçı ilə maraqlanır

“Tottenhem” “Brentford”un qapıçısı David Raya ilə maraqlanır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalını yayda klubu tərk etmək ehtimalı olan Uqo Llorisin əvəzləyicisi kimi nəzərdən keçirir.

Londonun digər təmsilçisi “Çelsi” də Davidin xidmətində maraqlıdır. “Brentford” Rayanı təxminən 40 milyon funt-sterlinq qarşılığında sata bilər.

27 yaşlı oyunçu cari mövsümdə Brentford təmsilçisinin heyətində 36 oyuna çıxıb, 46 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.

Öncədən futbolçunun klubla müqaviləni yeniləmək istəmədiyi bildirilirdi. Buna səbəb Rayanın “Brentford”u tərk etmək istəməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button