“Çelsi” onun qarşılığında Arda Güləri istəyir

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlanır.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, “kral klubu” London təmsilçisinin argentinalı futbolçu üçün tələb etdiyi 120 milyon avroluq məbləği birbaşa ödəmək niyyətində deyil.

Madridlilər transferdə futbolçu mübadiləsi variantını nəzərdən keçirirlər. “Çelsi” isə Fernandesin mümkün keçidi qarşılığında “Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Güləri heyətinə qatmaq istəyir.

Fernandes “Çelsi”yə 2023-cü ildə, “Benfika”dan 121 milyon avroya transfer olunmuşdu. Onun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədərdir. 26 yaşlı yarımmüdafiəçi son mövsümdə bütün turnirlərdə 53 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button