“Çelsi” daha bir futbolçusunu La Liqaya göndərdi

“Çelsi” klubu futbolçusu Roberto Kenedini icarəyə verib.

Komanda.az xəbər verir ki, 23 yaşlı sol cinah oyunçusu bu mövsümü “Xetafe”də keçirəcək. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Xetafe” mövsümün sonunda Kenedinin transfer hüquqlarına sahib ola bilər.

“Fluminense”nin yetirməsi olan Kenedi, 2015-ci ildə 8 milyon avro qarşılığında “Çelsi”yə keçib.

“Çelsi” bir müddət əvvəl Rahman Babanı da La Liqa təmsilçisi “Malyorka”ya icarəyə vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button