“Çelsi” Benzemanı istəmir

“Çelsi” “Əl-İttihad”ın hücumçusu Kərim Benzema ilə maraqlanmır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu gənc və istedadlı futbolçuları komandaya cəlb etmək və inkişaf etdirməyə diqqət yetirməyi planlaşdırır.

Daha əvvəl “Çelsi”nin 36 yaşlı oyunçu ilə maraqlandığı bildirilirdi.

Benzema bu mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə verib. Benzemanın Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. 

“Çelsi” İngiltərə Premyer Liqasının 21 turundan sonra 31 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button