“Çelsi” Bakıya yola düşdü – FOTOLAR

Avropa Liqasının finalında “Arsenal”la qarşılaşacaq “Çelsi” Bakıya yola düşüb.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

“Zadəganlar”ın finalda oynamayacağı dəqiqləşən futbolçusu Antonio Rüdiger də paytaxtımıza gələcək oyunçular sırasında yer alıb.

Qeyd edək ki, “Çelsi” və “Arsenal” arasında Bakı Olimpiya Stadionunda mayın 29-da keçiriləcək final görüşünə saat 23:00-da start veriləcək. “Arsenal” ayın 25-dən Bakıdadı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button