ÇL: “Cavab oyunu bizim üçün daha çətin olacaq”

“Napoli”nin yarımmüdafiəçisi Matteo Politano Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə qarşıdakı cavab oyunu haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qarşılaşmanın çətin keçəcəyini söyləyib:

“Barselona” güclü oyunçuları olan top komanda olaraq qalır. İlk oyunda bizə problem yaratdılar. Cavab oyunu bizim üçün daha çətin olacaq. Müdafiədə dayansaq, əziyyət çəkməli olacağıq, çünki onların güclü tərəfi topa sahib olmaqdır. Bazar ertəsi məşqin sonunda penaltilər üzərində çalışdıq. Amma ümid edirik ki, bu dəfə oyunun bu hissəsinə gələnə qədər qalib gələcəyik”.

“Kamp Nou”da keçiriləcək görüş bu gün baş tutacaq. İlk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button