Cəza haqda düşünmürük – Elşad Əhmədov

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 16-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra bunları söyləyib:

– Danışılası çox şey var. İkinci oyundu ki, 10 nəfərlə qalırıq. Buna intizamsızlıq deməzdim. Komandanın çətin vəziyyətə düşməsinə baxmayaraq, futbolçularım yaxşı mübarizə aparır. Onlara təşəkkür edirəm ki, “Qəbələ” kimi komandaya qarşı belə oyun sərgilədilər.

– “Transfer pəncərəsi” bağlanıb, hücumçu probleminin həll olunmamağı sizi narahat edirmi? Yoxsa azad agent olan futbolçularla maraqlanırsız?
– Azad agent statusu daşıyan hücumçularla danışıqlar aparırıq. Ola bilsin, yeni hücumçu transfer etdik.

– Marko Deviçə cəza veriləcəkmi?
– Deviç kimi futbolçunun Azərbaycanda olmağı qürurvericidir. “Sabah”da olmağı bir başqa qürurdur. Gənc futbolçuların ondan öyrənəcəyi çox şey var. Cəza haqda düşünmürük.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button