“Barselona” ilə qarşılaşacağımız üçün xoşbəxtik” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının pley-off mərhələsinin “Barselona” ilə cavab qarşılaşmasından öncə gözləntilərini bölüşüb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisi ilə qarşılaşacaqları üçün xoşbəxt olduğunu dilə gətirib:

“Biz yeni gələcək qurmaq istəyirik. “Barselona”nın böyük klub olduğunu bilirik. Onlarla qarşılaşacağımız üçün xoşbəxtik. Həqiqətən də, çətinliyin öhdəsindən gəlmək istəyirik”.

İlk oyunda tərəflər 2:2 hesablı “sülh”ə razılaşıblar. “Mançester Yunayted” – “Barselona” qarşılaşması bu gün, İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button