Braziliya millisi də Tokio-2020-də!

Cənubi Amerika Futbol Konfederasiyasından (KONMEBOL) Tokio-2020 Yay Olimpiya oyunlarında iştirak edəcək ikinci milli komanda da məlum olub.

Komanda.az xəbər verir ki, bu, 23 yaşadək futbolçulardan ibarət Braziliya yığmasıdır. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

23 yaşlılardan ibarət Braziliya millisi təsnifat mərhələsinin son turunda Argentinanı 3:0 hesabıyla məğlub edərək, Tokio-2020-yə vəsiqə qazanıb. Qrupda 3-cü və 4-cü yerləri tutan Uruqvay və Kolumbiya yarışlara lisenziya ala bilməyib.

Daha əvvəl Argentinanın U-23 komandası Tokio-2020-yə vəsiqə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button