“Bəzi əsas oyunçularımızın yoxluğu oyuna təsir etdi” – Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:

“Pis oynamadıq. İlk hissədə çox güc sərf etdik. Fasilədən sonra futbolçularda yorğunluq hiss olundu. Bəzi əsas oyunçularımızın da yoxluğu oyuna təsir etdi. Uşaqlara yenə də təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button