Bundesliqa klubundan 25 milyon avroluq transfer

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa klubu Avstriya “Zalsburq”undan Dominik Soboslaini transfer edib.

Bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.

“Leyptsiq” Soboslainin keçidinə görə qarşı tərəfə 25 milyon avro ödəyib.

Macarıstan yığmasının üzvü bu mövsüm “Zalsburq”da meydana çıxdığı 21 oyuna 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button