Bundesliqa klubunda yeni baş məşqçi

“Ştutqart”ın yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Bruno Labbadiyaya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Labbadiya “Ştutqart”da bir ay öncə istefaya göndərilmiş Pelleqrino Mataratsonu əvəz edib. O, daha öncə də bu komandaya rəhbərlik edib. Belə ki, alman mütəxəssis 2010-cu ilin dekabrından 2013-cü ilin avqustuna kimi çalışdırdığı ştutqartlıları 119 matça çıxarıb. O, 2021-ci ilin yanvarında “Herta”dan ayrılandan bəri işsiz idi.

“Ştutqart” bu mövsüm Bundesliqada geridə qalan 15 turda 14 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button