Veqhorst Premyer Liqaya qayıdacaq

Niderlandlı hücumçu Vout Veqhorst “Hoffenhaym”la icarə müqaviləsi başa çatdıqdan sonra “Bernli”yə qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun onun çıxışından çox razı qalmasına və icarəni uğurlu hesab etməsinə baxmayaraq, “Hoffenhaym” Veqhorstu birdəfəlik transfer etməyəcək.

31 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda “Hoffenhaym”la 30 matçda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. O, əvvəllər “Mançester Yunayted”də də icarə əsasında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button