Bundesliqa klubu “Fənərbaxça”ya təklif göndərəcək

“Fənərbaxça”nın yarımmüdafiəçisi Migel Krespo karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində “Ayntraxt” maraqlıdır.

Frankfurt təmsilçisi portuqaliyalı oyunçu üçün “Fənərbaxça”ya rəsmi təklif göndərəcək. İstanbul klubunun 8-10 milyon avroluq təklifi qəbul edəcəyi bildirilir.

“Fənərbaxça” Migel Kresponu 2021-ci ilin yayında “Eştoril”dən transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 16 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button