Runi kədərlidir – Ronaldoya görə

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Kriştiano Ronaldonun klubla müqaviləni ləğv etməsinə münasibət bildirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Runi keçmiş komanda yoldaşının “qırmızı şeytanlar”dan ayrılmasını belə şərh edib:

“Ronaldo kimi bir oyunçunun “Mançester Yunayted”dən bu cür ayrılmasını görmək kədərlidir. Mən bunu onun keçmiş komanda yoldaşı və “Mançester Yunayted” azarkeşi kimi deyirəm. Düşünürəm ki, başqa variant yox idi”.

Runi Ronaldonun hələ də yaxşı formada olduğunu deyib:

“Hansı kluba getməsindən asılı olmayaraq, ona uğurlar arzulayıram. O, hələ də çox yaxşı oyunçudur. İndi onun 37 yaşı var. “Mançester Yunayted”də özünə yer tapa biləcəyini zənn edirdim”.

“Mançester Yunayted” və 37 yaşlı hücumçu qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Ronaldo bu səbəbdən 16 milyon funt-sterlinq itirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button