Büdcə azalacaq – Çempionlar Liqasına vəsiqə qazanmasalar

İngiltərənin “Mançester Yunayted” klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, transfer büdcəsini azaldacaq.

Komanda.az “The Telegraph”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, yeni futbolçulara təxminən 80 milyon funt-sterlinq xərcləməyi planlaşdırır. ÇL-ə vəsiqə əldə olunmasa, MY-nin yay transferləri üçün büdcəsi 50 milyon funt-sterlinqə qədər azalacaq.

“Mançester Yunayted” hazırda Premyer Liqada 27 oyundan sonra 47 xalla 4-cü yerdədir.

“Qırmızı şeytanlar” bu gün saat 20.30-da “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button