
Kompani: “Bu suala görə Kurtua ilə problem yaşaya bilərəm”
“Bayern”in baş məşqçisi Vensan Kompani komandasının qapıçısı Manuel Noyer barədə səslənən “tarixin ən yaxşı qapıçısıdırmı” sualına münasibət bildirib.
40 yaşlı kapitan “Real”la UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda qəhrəmanlardan biri olub. O, bu qarşılaşmada 9 zərbənin qarşısını alaraq komandasının 2:1 hesablı qələbəsində mühüm rol oynayıb.
Komanda.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kompani zarafatla belə deyib:
“Bu suala görə Tibo Kurtua (“Real”ın belçikalı qapıçısı, Kompaninin həmyerlisi) ilə problem yaşaya bilərəm, ona da böyük hörmətim var. Amma hər kəsin öz fikri ola bilər. Noyerlə müqayisə oluna biləcək qapıçılar çox azdır. O, uzun illərdir ən yüksək səviyyədə çıxış edir və bunu hamı bacarmır”.
Belçikalı mütəxəssis bununla da almaniyalı qolkiperin futbol tarixində xüsusi yerə sahib olduğunu vurğulayıb.
Bizi Facebook-da izləyin



