“Bu məsələdə özümüzə güvənirik və nikbinik” – “Yuventus” rəsmisi

İtaliyanın “Yuventus” klubunun idman direktoru Fabio Paratisi komandanın hücumçusu Paulo Dibala ilə bağlı açıqlama verib.

Komanda.az “RAİ Sport”a istinadən xəbər verir ki, klub rəsmisi, argentinalı futbolçunun “qoca sinyora”dakı gələcəyi ilə bağlı bunları deyib:

“Dibalanın gələcəyi ilə bağlı narahat deyilik, yaxınları ilə də görüşdük, onlarla əla münasibətimiz var. Bu məsələdə özümüzə güvənirik və nikbinik. Məvacib artımına gəlincə, bu, müqavilələrini müzakirə edən hər kəs tərəfindən gözlənilən vəziyyətdir”.

Dibalanın “Yuventus”la hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button