“Bu, mənim arzum idi, gerçəkləşdi” – “Liverpul”un yeni transferi

Argentinalı yarımmüdafiəçi Aleksis Makallister “Brayton”dan “Liverpul”a keçidini şərh edib.

Komanda.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, Makallister arzusunun gerçəkləşdiyini bildirib:

“Heyrətləndirici hiss! Bu, mənim arzum idi, gerçəkləşdi. Burada olmaq heyrətamizdir və başlamaq üçün səbirsizlənirəm. Mövsümün ilk günündən komandada olmaq istəyirdim, yaxşı ki, hər şey hazırdır. Komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirəm. Mənim üçün fantastik il oldu: dünya kubokunu qazandıq, “Brayton”la əldə etdiklərimiz… Amma indi “Liverpul” haqqında düşünməyin və daha yaxşı oyunçu olmağa çalışmağın vaxtıdır”.

“Liverpul” 24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb. Xarici KİV-in məlumatına görə, müqavilə 2028-ci ilin iyun ayının sonuna kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button