“Bu komandada olduğum üçün çox şadam” – Ayaz Quliyev

“Sabah”ın yeni transferi Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Bakı təmsilçisinə keçidi ilə bağlı danışıb:

“Bu komandada olduğum üçün çox şadam. Çünki gənc komanda olmasına baxmayaraq, kifayət qədər yaxşı nəticələrə imza atıb. Ən əsası isə bu komandanın dominant, pressinq və topa nəzarət üzərində qurulmuş özünəməxsus oyun üslubu var. Hansı ki, uşaqlıqdan bu cür oyun tərzini çox bəyənirəm.

Düşünürəm ki, burada hər şey mənə uyğundur. Lakin ən əsası, klubun mənim xidmətində maraqlı olmasıdır. Düşünürəm ki, bu ən mühüm olandır. Komandanın oyunlarını izlədikdə sərgilənən futbolun sevdiyim tərzdə olduğunu gördüm. Buna görə, fikirləşirəm ki, hər şey yaxşı olacaq”.

“Sabah” Ayazla 3 illik sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button