“Belə oyunlar mövsümdə bəlkə də, bir dəfə olur”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandasının La Liqada “Real Sosyedad”a qarşı oyundakı (1:2) məğlubiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Belə oyunlar mövsümdə bəlkə də, bir dəfə olur. Əksər hallarda belə oynasaydıq, buradan qələbə ilə ayrılardıq”.

“Barselona” qol şanslarında böyük üstünlük qazanmasına baxmayaraq, məğlub olub. Bu, Kataloniya komandasının noyabr ayından bəri 11 oyunluq qələbə seriyasından sonra ilk məğlubiyyətidir. Komanda 49 xalla 20 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində birinci yerdədir. “Real” isə cəmi bir xal geridə qalaraq ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button