“Bu il “İnter” və “Yuventus”un səviyyəsinə çox yaxınlaşdıq” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 23-cü turunun matçında “Frozinone” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının daha yaxşısını edəcəyinə inandığını deyib:

“Oyuna qeyri-müəyyən start verdik və liderliyi itirməyə başladıq. Lakin gücümüz bir daha çətin matçda qalib gəlməyə imkan verdi. Biz daha yaxşısını etməliyik. Həmişə özümüzə inanırıq. Düşünürəm ki, bu il biz “İnter” və “Yuventus”un səviyyəsinə çox yaxınlaşdıq. Kiçik nöqsanların aradan qaldırılması üzərində işi davam etdirməliyik.

Mən şayiələrə görə narahat olmaq üçün çox qocalmışam. Klub həmişə mövsümün sonunda işimi qiymətləndirib. “Milan”da çox xoşbəxtəm. Çalışıram ki, oyunçulara hər gün yeni bir şey verim. Nə istədiyimi bilmək istəyirsizsə, deyim ki, mövsümü yaxşı keçirməyimizi istəyirəm, sonra baxarıq”.

23 oyundan sonra “Milan” 49 xalla İtaliya çempionatında üçüncü pillədə qərarlaşıb. Lider “İnter”dir (54 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button