“Bu, heç kimin inkar edə bilməyəcəyi bir şeydir” – Van Dayk

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil van Dayk çempionluq yarışı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu, çempionluğu qeyd etmək üçün tez olduğunu bildirib:

“Keçən mövsüm çox yaxşı təcrübə qazandıq. Yaxşı iş görürdük, amma indi daha yaxşısını bacarmalıyıq. Mövsüm ərzində uğur tələb olunur, buna görə də, hazırkı vəziyyətimizdən məmnunuq. Ümid edirəm ki, eyni ruhda da davam edə bilərik. Hazırda komanda olaraq çox yaxşı vəziyyətdəyik. Bu, heç kimin inkar edə bilməyəcəyi bir şeydir. “Mançester Siti”dən 9 xal irəlidəyik, amma çempionluğu qeyd etmək üçün çox tez olduğunu bilirik. Eyni ruhla davam etməli və işimizi indikindən də yaxşı görməliyik”.