Çempionlar Liqası: “Neftçi”nin rəqibi bilindi

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan Premyer Liqasının son qalibi “Neftçi”nin də rəqibi bəlli olub. “Ağ-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq. “Neftçi” turnirdəki ilk oyununu səfərdə keçirəcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də keçiriləcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

Dinamo (Tbilisi, Gürcüstan) – Neftçi (Azərbaycan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button