“Milan” “Yuventus”u səfərdə darmadağın etdi

Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. “Napoli” səfərdə “Spetsiya” ilə qarşılaşıb və darmadağına sevinib.

Ötən turda çempionluğu rəsmiləşən “İnter”in rəqibi “Sampdoriya” olub. Milanlılar da bu oyunda darmadağına seviniblər. “Udineze” – “Bolonya” matçında qalib müəyyənləşməyibsə, “Fiorentina” “Latsio”nu məğlub yola salıb.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Cenoa” evdə “Sassuolo”ya, “Benevento” “Kalyari”yə, “Parma” “Atalanta”ya uduzub. “Verona” – “Torino” matçında isə qalib müəyyənləşməyib. “Roma” doğma meydanda “Krotone”ni darmadağın edib.

Turun mərkəzi görüşü Turində keçirilib. “Yuventus” burada “Milan”ı qəbul edib. Milanlılar çətin səfərdə darmadağına seviniblər.

İtaliya A Seriyası, 35-ci tur

8 may

Spetsiya – Napoli 1:4
Qol
: Pikkoli, 64 – Zelinski, 15. Osimhen, 23; 44. Lozano, 79.

Udineze – Bolonya 1:1
Qol
: De Paul, 23 – Orsolini, 82.

İnter – Sampdoriya 5:1
Qol
: Qalyardini, 4. A.Sançes, 26; 36. Pinamonti, 61. Martines, 70 – Keyta, 35.

Fiorentina – Latsio 2:0
Qol
: Vlahoviç, 32; 89.

9 may

Cenoa – Sassuolo 1:2
Qol
: Zappakosta, 85 – Raspadori, 14. Berardi, 66.

Benevento – Kalyari 1:3
Qol
: Lapadula, 16 – Likoyannis, 1. Pavoletti, 64. J.Pedro, 90+3.

Parma – Atalanta 2:5
Qol
: Brunetta, 78. Som, 88 – Malinovski, 12. Pessina, 52. Muriel, 77; 86. Mirançuk, 90+3.

Verona – Torino 1:1
Qol
: Dimarko, 88 – Voyvoda, 85.

Roma – Krotone 5:0
Qol
: Mayoral, 47; 90. Pelleqrini, 70; 73. Mxitaryan, 78.

Yuventus – Milan 0:3
Qol
: B.Dias, 45+1. Rebiç, 78. Tomori, 82.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button