“Roma”dan inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Andrey Şevçenkonun rəhbərlik etdiyi “Cenoa” turun açılış matçında “Sampdoriya”nı qəbul edib. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Milan” bu turda çətin “Udineze” səfərinə yollanıb və məğlubiyyətdən son anda qurtulub. “Yuventus” da “Venetsiya” ilə səfər oyununda xal itkisi ilə üzləşib. “Fiorentina” isə doğma meydanda “Salernitana”nı 4 cavabsız qolla məğlub edib.

“İnter” bu turda “Kalyari”ni 4 cavabsız qolla üstələyib. “Napoli” isə evdə “Empoli”yə uduzub.

Turun qapanış matçında “Roma” doğma meydanda “Spetsiya” ilə qarşılaşıb. Payatxt təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İtaliya A Seriyası, 17-ci tur

10 dekabr

Cenoa – Sampdoriya 1:3
Qol
: Destro, 78 – Qabbyadini, 7; 67. Kaputo, 49.

11 dekabr

Fiorentina – Salernitana 4:0
Qol
: Bonaventura, 31. Vlahoviç, 51; 84. Maleh, 90.

Venetsiya – Yuventus 1:1
Qol
: Aramu, 55 – Morata, 32.

Udineze – Milan 1:1
Qol
: Beto, 17 – İbrahimoviç, 90+2.

12 dekabr

Torino – Bolonya 2:1
Qol
: Sanabriya, 24. Soumaoro, 69-öz qapısına – Orsolini, 79.

Verona – Atalanta 1:2
Qol
: Simeone, 22 – Mirançuk, 37. Kopmeyners, 62.

Napoli – Empoli 0:1
Qol
: Kutrone, 70.

Sassuolo – Latsio 2:1
Qol
: Berardi, 63. Raspadori, 69 – Zakkayni, 6.

İnter – Kalyari 4:0
Qol
: L.Martines, 29; 68. A.Sançes, 50. H.Çalhanoğlu, 66.

13 dekabr

Roma – Spetsiya 2:0
Qol
: Smollinq, 6. İbanes, 56.

Bombardir: Çiro İmmobile (“Latsio”), Duşan Vlahoviç (“Fiorentina”) – 13 qol.