“Liverpul”dan darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Brayton” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Şənbə günü beş qarşılaşma baş tutub. “Nyukasl” – “Uotford” matçında qalib müəyyənləşməyib. “Norviç Siti” “Everton”u, “Vulverhempton” isə “Sauthempton”u məğlub yola salıb.

Turun mərkəzi görüşündə lider “Mançester Siti” ən yaxın izləyicisi “Çelsi”nin müqavimətini çətinliklə qırıb. “Mançester Yunayted” isə “Aston Villa” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı oyunda “qırmızı şeytanlar” qələbəni əldən veriblər.

Sonuncu oyun günündə iki görüş baş tutub. Beş qolun qeydə alındığı “Vest Hem” – “Lids” matçında qonaqlar qələbəyə seviniblər. “Liverpul” isə “Brentford”la ev oyununda darmadağınla qalib gəlib.

Bu tur keçirilməli olan “Bernli” – “Lester” və “Tottenhem” – “Arsenal” matçları təxirə salınıb. Buna “Bernli” və “Arsenal”ın əksər futbolçusunun koronavirusa yoluxması səbəb göstərilib.

İngiltərə Premyer Liqası, 22-ci tur

14 yanvar

Brayton – Kristal Pelas 1:1
Qol
: Andersen, 87-öz qapısına – Qallaxer, 69.

15 yanvar

Mançester Siti – Çelsi 1:0
Qol
: De Bruyne, 70.

Vulverhempton – Sauthempton 3:1
Qol
: Ximenes, 37. Koadi, 59. Traore, 90+1 – Uord-Prauz, 84.

Norviç – Everton 2:1
Qol
: M.Kin, 16-öz qapısına. İdah, 18 – Riçarlison, 60.

Nyukasl – Uotford 1:1
Qol
: Sent-Maksimin, 49 – Pedro, 88.

Aston Villa – Mançester Yunayted 2:2
Qol
: Remsi, 77. Koutinyo, 82 – B.Fernandes, 6; 67.

16 yanvar

Vest Hem – Lids 2:3
Qol
: Bouen, 34. Fornals, 52 – Harrison, 10; 37; 60.

Liverpul – Brentford 3:0
Qol
: Fabinyo, 44. Oksleyd-Çemberlayn, 69. Minamino, 77.

Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button