“Mançester Yunyted” səfərdən 1 xalla döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Sauthempton”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Lider “Mançester Siti”nin bu turdakı rəqibi “Lester” olub. “Şəhərlilər” 9 qolluq bu qarşılaşmada darmadağına seviniblər.

“Arsenal” “Norviç”lə səfər oyununda 5 cavabsız qolla qələbə qazanıbsa, “Tottenhem” “Kristal Pelas”la göörüşdə 3 cavabsız qol vurub. “Aston Villa”nın rəqibi “Çelsi” olub. “Zadəganlar” da turu qələbə ilə başa vurublar. “Brayton” isə “Brentford”u məğlub yola salıb.

Bu gün daha bir oyun keçirilib. “Mançester Yunayted” səfərdə “Nyukasl”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Bu tur keçirilməli olan “Liverpul” – “Lids”, “Vulverhempton” – “Uotford” və “Bernli” – “Everton” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən başqa vaxta təxirə salınıb.

İngiltərə Premyer Liqası, 19-cu tur

26 dekabr

Vest Hem – Sauthempton 2:3
Qol
: Antonio, 49. Benrahma, 64 – Elyunussi, 8. Uord-Prauz, 61. Bednarek, 70.

Mançester Siti – Lester 6:3
Qol
: De Bruyne, 5. Mahrez, 14. İ.Gündoğan, 21. Sterlinq, 25-pen; 87. Laporte, 69 – Meddison, 55. Lukman, 59. İheanaço, 65.

Norviç – Arsenal 0:5
Qol
: Saka, 6; 67. Tirni, 44. Lakazette, 84. Smit Rou, 90+1.

Tottenhem – Kristal Pelas 3:0
Qol
: Keyn, 32. Moura, 34. Son, 74.

Aston Villa – Çelsi 1:3
Qol
: R.Ceyms, 28-öz qapısına – Jorjinyo, 34; 90+3-pen. Lukaku, 56.

Brayton – Brentford 2:0
Qol
: Trossard, 34. Maupay, 42.

27 dekabr

Nyukasl – Mançester Yunayted 1:1
Qol
: Sent-Maksimin, 7 – Kavani, 71.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button