“Neftçi” xal itirdi, “Qarabağ” darmadağınla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun açılış oyununda lider “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Ağdam klubu səfərdə darmadağına sevinib.

Autsayder “Keşlə” doğma meydanda “Səbail”i qəbul edib və minimal hesabla qalb gəlib. Turnir cədvəlinin ikincisi “Neftçi” isə “Sabah”ın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

32 xalla 3-cü və 4-cü sırada yer alan “Sumqayıt” və “Zirə” komandaları bu tur çərçivəsində Zirədə üz-üzə gəliblər. Komandalar bu oyundan qolsuz ayrılıblar.

Azərbaycan Premyer Liqası, 24-cü tur

25 aprel

Qəbələ – Qarabağ 0:5
Qol: X.Romero, 64. Q.Qarayev, 68. M.Emreli, 87; 89; 90.
Matçın 90+4-cü dəqiqəsində M.Emreli penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 9. Xayme Romero, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

______________________________________________________________________________________________________________________________

Keşlə – Səbail 1:0
Qol: R.Hacıyev, 51.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. “ASK Arena”, 18:00.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 65. Mehdi Tahirov.
Baş məşqçi: Sənan Qurbanov.

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

______________________________________________________________________________________________________________________________

Sabah – Neftçi 2:2
Qol: T.Xəlilzadə, 24-pen. R.Şeydayev, 29 – N.Ələsgərov, 36-pen; 60-pen.
Qırmızı vərəqə: B.Mustafazadə, 58 (ikinci sarı). F.İvanoviç, 86 (ikinci sarı). T.Xəlilzadə, 88 (ikinci sarı).
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Masazır. “Bank Respublika Arena”, 19:15.

Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 2. Amin Seydiyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Ramin Quliyev.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Dias, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 26. Ömər Buludov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə.
Baş məşqçi: Samir Abasov.

______________________________________________________________________________________________________________________________

Zirə – Sumqayıt 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kərim Ağayev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button