PSJ səfərdən 1 xalla döndü

Futbol üzrə Fransa çempionatında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında lider “Lill” səfərdə “Lans”la qarşılaşıb. Qonaqlar bu oyunda darmadağına seviniblər. Türkiyə millisinin hücumçusu Burak Yılmaz qələbədə dublla pay sahibi olub.

Şənbə günü daha iki görüş baş tutub. Bu oyunlarda da darmadağın qeydə alınıb. “Nant” “Bordo”nu üç cavabsız qolla yola salıb. “Lion” isə bu turda doğma meydanda “Loryan”ı məğlub edib.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Anje” “Dijon”u, “Nitsa” “Brest”i məğlub yola salıb. “Mets” evdə “Nim”ə uduzubsa, “Strasburq” “Monpelye” ilə oyunda xalsız qalıb.

“Sent-Etyen” “Marsel”i məğlub yola salıb. “Monako” isə “Reyms”lə səfər oyununda 1 qolla 3 xal qazanıb. Son çempion PSJ isə bu dəfə “Renn”lə qarşılaşıb. Paris təmsilçisi bu oyunda 1 xalla kifayətlənib.

Fransa Liqa 1, 36-cı tur

7 may

Lans – Lill 0:3
Qol
: B.Yılmaz, 4-pen; 40. David, 60.

8 may

Nant – Bordo 3:0
Qol
: Kulibali, 19. Louza, 51-pen. Kolo, 70.

Lion – Loryan 4:1
Qol
: Auar, 53. Paketa, 65. Bruno, 71-pen; 77 – Monkondui, 83.

9 may

Sent-Etyen – Marsel 1:0
Qol
: Nordin, 43.

Anje – Dijon 3:0
Qol
: Fulqiri, 7. Allaqbe, 50-öz qapısına. Dioni, 89.

Mets – Nim 0:3
Qol
: Fomba, 61. Ripar, 67. Z.Ferhat, 89.

Nitsa – Brest 3:2
Qol
: R.Lopes, 38. Budaui, 61. Kamara, 89 – Munye, 4; 43.

Strasburq – Monpelye 2:3
Qol
: Ayorke, 69. Zohi, 90+4 – Laborde, 36; 49. Delor, 46.

Reyms – Monako 0:1
Qol
: Matazo, 20.

Renn – PSJ 1:1
Qol
: Jirassi, 70 – Neymar, 45+5-pen.

Bombardir: Kilian Mbappe (PSJ) – 25 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button