“Lill” 3 xalı tək, “Renn” isə 5 qolla qazandı

Fransa Liqa 1-də 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Marsel” doğma azarkeşləri qarşısında “Amyen”i sınağa çəkib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Lider PSJ bu turda səfərdə “Strasburq”la qarşılaşmalı olsa da, bu oyun təxirə salınıb. “Monako” “Nitsa”nın qonağı olub və məğlubiyyətlə üzləşib.

Turun mərkəzi görüşündə “Lill” “Lion”la münasibətlərinə aydınlıq gətirib və minimal hesabla qalib gəlib. “Renn” “Monpelye”ni 5 cavabsız qolla üstələyib. “Sent-Etyen” – “Bordo” matçında isə qalib müəyyənləşməyib.

Fransa Liqa 1, 28-ci tur

6 mart

Marsel – Amyen 2:2
Qol
: Sanson, 45+1. Payet, 57 – Jirassi, 83-pen. Qoddos, 90+6.

7 mart

Strasburq – PSJ matçı təxirə salınıb

Anje – Nant 2:0
Qol
: Bobikon, 48. Tomas, 53.

Dijon – Tuluza 2:1
Qol
: Mendil, 40. Aquerd, 53 – Boisqar, 41.

Mets – Nim 2:1
Qol
: Nquette, 7. Boye, 81 – Do, 49.

Nitsa – Monako 2:1
Qol
: Dolberq, 59; 90+2 – Ben Yedder, 32.

Reyms – Brest 1:0
Qol
: Ture, 37.

8 mart

Sent-Etyen – Bordo 1:1
Qol
: Bouanqa, 68 – Maya, 65.

Renn – Monpelye 5:0
Qol
: Maussa, 9. Hunu, 28; 87-pen. Tait, 68. Del Kastilyo, 73-pen.

Lill – Lion 1:0
Qol
: Remi, 33.

Bombardir: Kilian Mbappe (PSJ), Vissam Ben Yedder (Monako) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button