“Lill” səfərdə, “Lion” doğma meydanda sevindi

Fransa Liqa 1-də 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Marsel” səfərdə “Nim”in qonağı olub. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.

Lider PSJ bu turda “Dijon”u qəbul edib və 4 cavabsız qolla qalib gəlib. “Monpelye” də “Strasburq”u darmadağınla yola salıb. “Monako” isə “Reyms”lə ev oyunundan xal itkisi ilə ayrılıb. “Amyen” evdə “Mets”ə, “Brest” “Anje”yə, “Tuluza” da “Renn”ə məğlub olub.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Nant” evdə “Lill”ə minimal hesabla uduzub. “Bordo” – “Nitsa” oyununda qalib müəyyənləşməyib. “Lion” isə “Sent-Etyen”i məğlub yola salıb.

Fransa Liqa 1, 27-ci tur

28 fevral

Nim – Marsel 2:3
Qol
: Z.Ferhat, 5. Deu, 90+1 – Benedetto, 10; 36; 69.

29 fevral

PSJ – Dijon 4:0
Qol
: Sarabia, 3. Mbappe, 74; 90+1. İkardi, 76.

Amyen – Mets 0:1
Qol
: Bulaya, 26.

Monako – Reyms 1:1
Qol
: Ben Yedder, 31-pen – Kamara, 58.

Brest – Anje 0:1
Qol
: Bahoken, 43.

Monpelye – Strasburq 3:0
Qol
: Savanye, 57-pen; 65. Laborde, 61

Tuluza – Renn 0:2
Qol
: Burijo, 3. Maussa, 83.

1 mart

Nant – Lill 0:1
Qol
: B.Andre, 58.

Bordo – Nitsa 1:1
Qol
: De Preville, 21 – Ounas, 57.

Lion – Sent-Etyen 2:0
Qol
: Dembele, 27; 90+5-pen.

Bombardir: Kilian Mbappe (PSJ), Vissam Ben Yedder (Monako) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button