“Monako”dan darmadağın

Bu gün futbol üzrə Fransa çempionatında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriliib. Turun açılış matçında lider “Lill” səfərdə “Mets”in qonağı olub və inamlı qələbəyə sevinib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan PSJ bu turda “Strasburq” səfərinə yollanıb. Paris təmsilçisi bu oyunda darmadağına sevinib. Marsel “Olimpik” isə səfərdə “Monpelye” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Monako” autsayder “Dijon”nu qəbul edub. “Lion” isə “Anje”ni sınağa çəkib. Bu oyunların hər ikisində meydan sahibləri 3 cavabsız qola seviniblər.

Fransa Liqa 1, 32-ci tur

9 aprel

Mets – Lill 0:2
Qol
: B.Yılmaz, 60. Z.Çelik, 89.

10 aprel

Strasburq – PSJ 1:4
Qol
: Sahi, 63 – Mbappe, 16. Sarabiya, 27. Kin, 45. Paredes, 79.

Monpelye – Marsel 3:3
Qol
: Delor, 1. Laborde, 47; 90+4 – Milik, 43. Qeye, 45+2. Perrin, 71.

11 aprel

Renn – Nant 1:0
Qol
: Terye, 52.

Brest – Nim 1:1
Qol
: Şardonne, 26 – Kone, 11.

Lans – Loryan 4:1
Qol
: Kakuta, 16-pen. Jin, 39. Kalimuendo, 55. Banza, 88 – Moffi, 29.

Nitsa – Reyms 0:0

Sent-Etyen – Bordo 4:1
Qol
: Xazri, 19-pen; 23; 71-pen. Yussuf, 81 – Huanq, 9-pen.

Monako – Dijon 3:0
Qol
: Yovetiç, 49. Ben Yedder, 63; 89-pen.

Lion – Anje 3:0
Qol
: Depay, 21; 83. Paketa, 41.

Bombardir: Kilian Mbappe (PSJ) – 21 qol.