
Bu gün dünya çempionatının ilk oyunu keçiriləcək
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.
Komanda.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialın açılışı Meksikada baş tutacaq. Mexiko şəhərində keçiriləcək ilk oyunda Meksika və Cənubi Afrika Respublikası milliləri üz-üzə gələcək. A qrupunun matçına 23:00-da start veriləcək.
DÇ-2026, A qrupu
11 iyun
23:00 Meksika – CAR
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



