Azərbaycan millisi BİRtəhər də olsa, xal qazandı

Bu gün DÇ-2022-nin seçmə mərhələsində 5-ci tura start verilib.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə İrlandiya ilə qarşılaşıb. Paytaxt Dublindəki “Aviva” stadionunda keçirilən qarşılaşmada komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Azərbaycan yığması qrupdakı 3 oyunda da uduzub. Milli Portuqaliyaya (0:1), Serbiyaya (1:2) və Lüksemburqa (1:2) uduzub.

Qrupun digər matçında Serbiya Lüksemburqla üz-üzə gəlib. Bu görüşdə isə serblər inamlı qələbəyə seviniblər.

DÇ-2022, seçmə mərhələ, 5-ci tur

4 sentyabr

A qrupu

İrlandiya – Azərbaycan 1:1
Qol: Ş.Daffi, 87 – E.Mahmudov, 45+2.
Baş hakim: Jerom Brisar (Fransa)

İrlandiya: 1. Qevin Bazunu, 2. Şeymus Koulmen (k), 4. Şeyn Daffi, 5. Con Etan, 6. Coş Kallen, 7. Mett Doherti, 9. Adam Ayda, 10. Troy Perrott, 11. Ceyms Makklin, 17. Ceyson Molambi, 21. Aron Konnolli.
Ehtiyat oyunçular: 16. Kivan Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Menninq, 8. Konor Huriheyn, 12. Kallum Robinson, 14. Alan Braun, 15. Deril Horqan, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Ronan Kertis, 22. Endryu Omobamidele.
Baş məşqçi: Stiven Kenni.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Filip Ozobiç.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüstəm Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.

Serbiya – Lüksemburq 4:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button