DÇ-2022: Almaniya doğma meydanda uduzdu

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin üçüncü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Serbiya yığmasını qəbul edib və növbəti məğlubiyyətlə üzləşib. Qrupun digər matçında Portuqaliya millisi səfərdə Lüksemburqu sınağa çəkib və əzmkar qələbəyə sevinib.

E qrupunda lider Çexiya səfərdə Uelslə qarşılaşıb və minimal hesabla uduzub. Qrupun digər favoriti Belçika yığması isə Belarusu sınağa çəkib və rəqibini 8 cavabsız qolla yenib.

G qrupunda yer alan və ilk iki turda maksimum nəticə göstərən Türkiyə millisi bu dəfə Latviya ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 3 qol vurduğu bu oyundan xal itkisi ilə ayrılıb. Niderland yığması Cəbəllütariqin qonağı olub və 7 cavabsız qola sevinib. Norveç seçməsi də Monteneqroya səfərdə qalib gəlib.

Rusiya yğması bu dəfə Slovakiyanı sınağa çəkib və məğlubiyyətlə üzləşib. Xorvatiyanın Maltanı qəbul etdiyi və darmadağına sevindiyi gündə H qrupunun daha bir matçı Kipr və Sloveniya yığmaları arasında baş tutub. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Turun digər görüşləri bu gün keçirilib. Fransa milli komandası səfərdə Bosniya və Herseqovinanı sınağa çəkib və qalib gəlib. İspaniya millisi Kosovonu, Almaniya isə Şimali Makedoniyanı qəbul edib. İspanlar qalib gəlibsə, almanlar doğma meydanda uduzublar.

DÇ-2022, seçmə mərhələ, 3-cü tur

30 mart

A qrupu

Azərbaycan – Serbiya 1:2
Qol
: E.Mahmudov, 59-pen – A.Mitroviç, 16; 81

Lüksemburq – Portuqaliya 1:3
Qol
: J.Rodriqes, 30 – Jota, 45+2. Ronaldo, 51. Palinya, 80.

H qrupu

Kipr – Sloveniya 1:0
Qol
: Pittas, 42.

Slovakiya – Rusiya 2:1
Qol
: Skriniar, 38. Mak, 74 – M.Fernandes, 71.

Xorvatiya – Malta 3:0
Qol
: Perişiç, 62. Modriç, 76-pen. Brekalo, 90.

G qrupu

Türkiyə – Latviya 3:3
Qol
: K.Karaman, 2. H.Çalhanoğlu, 33. B.Yılmaz, 52-pen – Savalnieks, 35. Uldrikis, 58. İkanueks, 79.

Monteneqro – Norveç 0:1
Qol
: Sörlot, 35.

Cəbəllütariq – Niderland 0:7
Qol
: Berqeys, 42. De Yonq, 55. Depay, 61; 89. Veynaldum, 62. Malen, 64. Van de Beek, 85.

E qrupu

Belçika – Belarus 8:0
Qol
: Batşuayi, 14. Vanaken, 17; 89. Trossard, 38; 76. Doku, 42. Praet, 49. Benteke, 70.

Uels – Çexiya 1:0
Qol
: D.Ceyms, 82.

31 mart

J qrupu

Ermənistan – Rumıniya 3:2
Qol
: Spertsyan, 56. Haroyan, 87. Barseqyan, 89 – Çikaldau, 62; 72.

Almaniya – Şimali Makedoniya 1:2
Qol
: İ.Gündoğan, 83-pen – Pandev, 45+2. Elmas, 85.

Lixtenşteyn – İslandiya 1:4
Qol
: Frik, 79 – Saevarsson, 12. Byarnason, 45+1. Pallson, 77. Siquryonsson, 90+2-pen.

B qrupu

Yunanıstan – Gürcüstan 1:1
Qol
: Kakabadze, 76-öz qapısına – Kvaratsxeliya, 78.

İspaniya – Kosovo 3:1
Qol
: Olmo, 34. Torres, 36. Moreno, 75 – Halimi, 70.

C qrupu

Litva – İtaliya 0:2
Qol
: Sensi, 47. İmmobile, 90+4-pen.

Şimali İrlandiya – Bolqarıstan 0:0

D qrupu

Bosniya və Herseqovina – Fransa 0:1
Qol
: Qrizmann, 60.

Ukrayna – Qazaxıstan 1:1
Qol
: Yaremçuk, 20 – Mujikov, 59.

F qrupu

Avstriya – Danimarka 0:4
Qol
: Olsen, 58; 74. Mehle, 63. Hoybyerq, 67.

Şotlandiya – Farer adaları 4:0
Qol
: Makqinn, 7; 53. Adams, 60. Freyzer, 70.

Moldova – İsrail 1:4
Qol
: Karp, 29 – Zahavi, 45+2. Solomon, 57. Dabbur, 64. Natxo, 66.

İ qrupu

İngiltərə – Polşa 2:1
Qol
: Keyn, 19-pen. Maquayr, 85 – Moder, 58.

Andorra – Macarısan 1:4
Qol
: Puyol, 90+2-pen – Fiola, 45+2. Qazdaq, 51. Kleynhaysler, 58. Neqo, 90.

San Marino – Albaniya 0:2
Qol
: Manaj, 63. Uzuni, 85.

Bombardir: Aleksandar Mitroviç (Serbiya) – 5 qol.