İngiltərə xal itirdi, Danimarka DÇ-yə vəsiqəni təmin etdi

Dünən DÇ-2022-nin seçmə mərhələsində 8-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə H, E, G və J qrupunun qarşılaşmaları keçirilib.

G qrupunda 3-cü sırada yer alan Türkiyə yığması bu turda səfərdə Latviyayla qarşılaşıb və əzmkar qələbəyə sevinib. Qrupun lideri Niderland Cəbəllütariqi böyük hesabla məğlub edib. 2-ci sıradakı Norveç isə Monteneqro üzərində inamlı qələbəyə sevinib.

J qrupunda Almaniya yığması səfərdə Şimali Makedoniyanın qonağı olub və darmadağınla qalib gəlib. Qrupun 3-cüsü Ermənistan yığması Rumıniya ilə oyunda məğlubiyyətə üzülübsə, İslandiya millisi Lixtenşteyni darmadağın edib.

A qrupunda yer alan Azərbaycan milli komandası növbəti oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiyanın qonağı olub və məğlubiyyətə üzülüb. Qrupun digər matçında Portuqaliya Lüksemburqu 5 cavabsız qolla məğlub edib.

DÇ-2022, seçmə mərhələ, 8-ci tur

11 oktyabr

H qrupu

Kipr – Malta 2:2
Qol
: Papulis, 7. Sotiriu, 80 – Muskat, 53; 90+8.

Sloveniya – Rusiya 1:2
Qol
: İliçiç, 40 – Diveyev, 28. Cikiya, 32.

Xorvatiya – Slovakiya 2:2
Qol
: Kramariç, 25. Modriç, 71 – Şçrans, 20. Haraslin, 45.

E qrupu

Belarus – Çexiya 0:2
Qol
: Şik, 22. Hlojek, 65.

Estoniya – Uels 0:1
Qol
: Mur, 12.

G qrupu

Latviya – Türkiyə 1:2
Qol
: M.Demiral, 70 – S.Dursun, 76. B.Yılmaz, 90+6-pen.

Niderland – Cəbəllütariq 6:0
Qol
: Van Deyk, 9. Depay, 21; 45+3. Dumfris, 48. Danyuma 75. Malen, 86.

Norveç – Monteneqro 2:0
Qol
: M.Elyunussi, 29; 90+6.

J qrupu

Şimali Makedoniya – Almaniya 0:4
Qol
: Haverts, 50. Verner, 70; 73. Musiala, 83.

Rumıniya – Ermənistan 1:0
Qol
: Mitrita, 26.

İslandiya – Lixtenşteyn 4:0
Qol
: Tordarson, 19. Qudmundsson, 35; 79. Qudyonsen, 89.

12 oktyabr

D qrupu

Qazaxıstan – Finlandiya 0:2
Qol
: Pukki, 45; 48.

Ukrayna – Bosniya və Herseqovina 1:1
Qol
: Yarmolenko, 15 – Ahmedhodziç, 77.

A qrupu

Portuqaliya – Lüksemburq 5:0
Qol
: Ronaldo, 8-pen; 13-pen; 87. B.Fernandes, 18. Palinya, 69.

Serbiya – Azərbaycan 3:1
Qol
: Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.

B qrupu

Kosovo – Gürcüstan 1:2
Qol
: Muriqi, 45 – Okriaşvili, 11. Davitaşvili, 82.

İsveç – Yunanıstan 2:0
Qol
: Forsberq, 58-pen. İsak, 69.

C qrupu

Litva – İsveçrə 0:4
Qol
: Embolo, 31; 45. Şteffen, 42. Qavranoviç, 90+4.

Bolqarıstan – Şimali İrlandiya 2:1
Qol
: Nedelyev, 53; 64 – Vaşinqton, 35.

F qrupu

Farer adaları – Şotlandiya 0:1
Qol
: Dayks, 86.

İsrail – Moldova 2:1
Qol
: Zahavi, 28. Dabbur, 49 – Nikolaesku, 90+5.

Danimarka – Avstriya 1:0
Qol
: Mehle, 53.

İ qrupu

İngiltərə – Macarıstan 1:1
Qol
: Stounz, 37 – Sallai, 24-pen.

Albaniya – Polşa 0:1
Qol
: Sviderski, 77.

San Marino – Andorra 0:3
Qol
: Puyol, 10. Moreno, 53. Betryu, 89.

Bombardir: Aleksandar Mitroviç (Serbiya), Eran Zahavi (İsrail), Memfis Depay (Niderland) – 7 qol.