DÇ-2022: Braziliya millisindən xal itkisi, Argentinadan inamlı qələbə

Bu gün DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 11-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun ilk matçında Boliviya millisi Peruyla qarşılaşıb. Görüş Boliviyanın minimal hesablı qələbəsiylə başa çatıb.

Turnir cədvəlinin lideri Braziliya yığması bu turda Kolumbiyanın müqavimətini qıra bilməyib – 0:0. Turun mərkəzi görüşündə Argentina millisi Uruqvayı 3 cavabsız qolla məğlub edib.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələsi, 11-ci tur

11 oktyabr

Boliviya – Peru 1:0
Qol:
Ramiro Vaka, 82.

Venesuela – Ekvador 2:1
Qol:
Darvin Maçis, 45+1. Eduardo Belyo, 64 – Enner Valensiya, 37-pen.

Kolumbiya – Braziliya 0:0

Argentina – Uruqvay 3:0
Qol:
Lionel Messi, 38. Rodriqo De Paul, 44. Lautaro Martines, 62.

Çili – Paraqvay 2:0
Qol:
Ben Brereton, 68. Maurisio İsla, 72.

Bombardir: Marselo Moreno (Boliviya) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button