Çempionlar Liqası: “Qalatasaray”la “Kayrat” da mübarizəni dayandırdı

Bu gün Çempionlar Liqasında 2-ci mərhələnin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Estoniya səfərində “Flora” ilə qarşılaşıb. Komandalar arasında Polşada baş tutan ilk görüşdə “Legiya” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə də qalib gələn Polşa çempionu növbəti mərhələyə adlayıb.

Xorvatiyanın “Dinamo” komandası Kipr “Omoniya”sının qonağı olub. Minimal hesabla qalib gələn xorvatlar mərhələ adlayan tərəf olub. Finlandiyanın HİK komandası isə İsveç “Malmö”sünü sınağa çəkib. Bu cütün məğlubu – HİK Avropa Liqasının 3-cü mərhələsində “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cütünün uduzanı ilə qarşılaşacaq.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” bu gün meydana çıxıb. “Ağ-qaralar” Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. “Neftçi” səfərdə olduğu kimi, bu rəqibinə doğma meydanda da 0:1 hesabıyla uduzub.

Türkiyənin “Qalatasaray” klubu Niderland PSV-sini qəbul edib. Komandalar arasındakı ilk matçda “Qalatasaray” 1:5 hesabıyla darmadağın olmuşdu. Cavab görüşündə də uduzan İstanbul klubu mübarizəni dayandırıb. Qazaxıstan “Kayrat”ı da evdə qalib gəldiyi “Srvena Zvezda”ya Serbiyada böyük hesabla uduzub və mübarizəni dayandırıb.

Çempionlar Liqası, 2-ci mərhələ, cavab oyunları

27 iyul

Flora (Estoniya) – Legiya (Polşa) 0:1
İlk oyun 1:2

HİK (Finlandiya) – Malmö (İsveç) 2:2
İlk oyun 1:2

Omoniya (Kipr) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun 0:2

Jalgiris (Litva) – Ferentsvaroş (Macarıstan) 1:3
İlk oyun 0:2

28 iyul

Neftçi – Olimpiakos (Yunanıstan) 0:1
İlk oyun 0:1

Şerif (Moldova) – Alaşkert (Ermənistan) 3:1
İlk oyun 1:0

ÇFR (Rumıniya) – Linkoln (Cəbəllütariq) 2:0
İlk oyun 2:1

Midtyulland (Danimarka) – Seltik (Şotlandiya) 2:1
İlk oyun 1:1

Qalatasaray (Türkiyə) – PSV (Niderland) 1:2
İlk oyun 1:5

Ludoqorets (Bolqarıstan) – Mura (Sloveniya) 3:1
İlk oyun 0:0

Yanq Boyz (İsveçrə) – Slovan (Slovakiya) 3:2
İlk oyun 0:0

Sparta (Praqa, Çexiya) – Rapid (Avstriya) 2:0
İlk oyun 1:2

Srvena Zvezda (Serbiya) – Kayrat (Qazaxıstan) 5:0
İlk oyun 1:2