
ÇL: “Bu gün çətin olacağını bilirdik”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında evdə “Union” üzərində 3:1 hesablı qələbəni şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, oyunun ikinci hissəsində hər şeyi daha yaxşı etdiklərini söyləyib:
“Bu gün çətin olacağını bilirdik. “Union” Eyndhovendə möhtəşəm qələbə qazandı və “İnter”ə qarşı oyuna çox yaxşı başladı. İlk qolumuz çox yaxşı idi. İkinci hissədə vəziyyətimizi yaxşılaşdırdıq, nəzarəti ələ aldıq və ikinci qolu vurduq. Standart zərbədən qol buraxdıq, baxmayaraq ki, bu vəziyyətdə qayda pozuntusundan yayınmaq olardı. Amma istənilən halda, hər şey yaxşı getdi”.
Madrid klubunun Çempionlar Liqasının 4 turundan sonra 6 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



